Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 yanvar 2025-ci il tarixli Sərəncamına əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.
Prezident mükafatına layiq görülən gənclərdən Əzimov Rüstəm Bakir oğlu İdarəetmə Sistemləri İnstitutu ilə yanaşı, Dövlət İmtahan Mərkəzinin də əməkdaşıdır. O, Dövlət İmtahan Mərkəzinin keçirdiyi kütləvi imtahanlarda nəticələrin emalı zamanı tətbiq olunan cavab kartları və vərəqələrində işarələrlə qeyd olunmuş cavabları tanıyan kompüter sisteminin istifadəsi və təkmilləşdirilməsində fəal iştirak edir.
Qeyd edək ki, Əzimov Rüstəm 20-dən çox elmi əsərin müəllifidir, o cümlədən şəkillərdəki çap əlyazma simvollarının tanınması üzrə elmi işləri mövcuddur.
Gənc alim Əzimov Rüstəmi Dövlət İmtahan Mərkəzinin kollektivi adından təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzu edirik.