18 avqust 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları ali təhsil müəssisələrində fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”ndə olublar.
DİM nümayəndələri mərkəzlərdə olan cari vəziyyətlə tanış olub, məsləhət və ixtisas seçimi üçün müraciət etmiş abituriyentlərə kömək göstərilməsi prosesini izləyib və öz tövsiyələrini veriblər.
Xatırladaq ki, abituriyentlər ixtisas seçimi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Bundan əlavə, linkdəki cədvəldə verilmiş yer və tarixlərdə müxtəlif Rayon Təhsil Sektorlarında DİM-in əməkdaşları və RTS-nın əlaqələndiriciləri tərəfindən abituriyentlərə kömək göstərilir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan başlanıb və 28-dək davam edəcək.