Beynəlxalq konfransda Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Macarıstan, Polşa, Özbəkistan və Qırğızıstanın, həmçinin Kembric, Makmillan və Pirsoon nəşriyyatlarının nümayəndələri təmsil olunub.
Plenar iclasda təhsilin yenilənmiş məzmunu, Qazaxıstanda latın qrafikasına keçidlə bağlı məruzələr dinlənilib.
Seksiya iclaslarında Afiqə Batıyeva “Dövlət İmtahan Mərkəzində dərsliklərin qiymətləndirilməsinin və monitorinqinin aparılması texnologiyası”, Natiq Əliyev “Azərbaycanda pedaqoji kadrların hazırlanması təcrübəsi” mövzularında təqdimatlarla çıxış edib və sualları cavablandırıblar.
Səfər çərçivəsində DİM nümayəndələri Qazaxıstan Respublikasında elektron dərslik və dərs vəsaitlərinin hazırlanmasında iştirak edən “Milli İnformatizasiya Mərkəzi”ndə olublar.