Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 20 fevral Qaradağ, 21 fevral tarixində isə Xəzər Rayon Gənclər Evinin təşkilatçılığı ilə bu rayonlarda yerləşən ümumi təhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri və onların valideynləri ilə görüş keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, həmçinin buraxılış imtahanlarının keçirilməsi qaydaları haqqında abituriyentləri ətraflı məlumatlandırmaq olmuşdur. Bundan əlavə, abituriyentləri maraqlandıran bütün suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır. Tədbirdə, həmçinin onlayn sınaq imtahanlarının keçirilməsi və və otk.az onlayn sınaq portalından istifadə qaydaları barədə abituriyentlərə ətraflı məlumat verilmişdir. Abituriyentlərin imtahana psixoloji hazırlığı barədə də onlara vacib tövsiyələr verilmişdir.