• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda növbəti konfrans Lənkəran şəhərində keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Konfransda DİM Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Lənkəran Dövlət Universitetinin rektor və müəllim heyəti, ətraf rayonlarda yerləşən kolleclərin direktorları, təhsil şöbələrinin müdirləri, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər

      03.12.2018 23:20

      DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda silsilə konfranslar keçirilir. İlk konfrans noyabrın 3-də Gəncədə, ikinci konfrans isə noyabrın 5-də Şəki şəhərində keçirilib.

      Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

      Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti konfrans 8 noyabr 2018-ci il tarixində Lənkəran şəhərində keçirilib.

      Konfransda DİM Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Lənkəran Dövlət Universitetinin rektor və müəllim heyəti, ətraf rayonlarda yerləşən kolleclərin direktorları, təhsil şöbələrinin müdirləri, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər iştirak ediblər.

      Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev çıxış edərək Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. N. Babayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Dolayısıyla, əminliklə demək olar ki, yeni yaradılmış olmasına baxmayaraq, Mərkəz biliyin qiymətləndirməsi üzrə 26 illik təcrübəyə malikdir. Bu gün DİM ali təhsilin müxtəlif səviyyələrindən tutmuş dövlət qulluğuna qədər müxtəlif sahələrdə yüksək əhəmiyyətli qəbul imtahanları və digər prosedurları həyata keçirir. Həyata keçirilən tədbirlərin yüksək ictimai əhəmiyyəti nəzərə alınaraq, Mərkəzin fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunub.

      Daha sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən təqdimatlar edilib və Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədi ilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

      Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar “Fəxri fərmanla” təltif edilib.

      Xatırladaq ki, bu konfrans Naxçıvanda noyabrın 13-də, Bakı şəhərində isə noyabrın 17-də keçiriləcəkdir.


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram