Bu gün xalqımız 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edir. Bu gün hər birimiz üçün igidlik və şərəf bayramıdır.
Ordu bizim təhlükəsizliyimiz, dövlətçiliyimiz və sabitliyimizin dayağıdır. Güclü, sarsılmaz orduya malik olmaq hər bir millət üçün qürur mənbəyi hesab olunmalıdır. Hazırda qüdrətli orduya malik Azərbaycanın taleyi etibarlı əllərdədir.
Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bu gözəl bayram münasibətilə təbrik edirik. Ordumuza yeni uğurlar, yeni qələbələr arzulayırıq.
Bayramınız mübarək!