Səfər çərçivəsində Polşa Respublikasının paytaxtı Varşava şəhərində Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri üçün “Dövlət qulluğunda insan resurslarının idarə edilməsi sisteminin gücləndirilməsi” mövzusunda təlim keçirilmişdir. Təlim müddətində iştirakçıların Polşanın müxtəlif dövlət qurumlarında təcrübə keçmələrinə şərait yaradılmışdır. Nümayəndə heyətindən Pərviz Kazımov Polşa Respublikasının Kənd Təsərrüfatı Nazirliyində, Günay Muxtarova Rəqəmsal texnologiyalar Nazirliyində, Günel Məmmədova isə Mədəniyyət Nazirliyində təcrübə keçmişdir.
Səfər müddətində iştirakçılar Polşanın dövlət qulluğu sistemi, insan resurslarının idarə edilməsi istiqamətində görülən işlərlə tanış olmuş, həmçinin bu sahədə Şərq Tərəfdaşlığı ölkələrinin təcrübələri üzrə fikir mübadiləsi aparmışlar.