27 Sentyabr – Anım Günü Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi şəhidlərimizin xatirəsini yad etmək üçün Zəfər Parkını ziyarət edib və parkın girişindəki Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!