Müsahibələrə noyabrın 20-dək DİM-in saytında qeydiyyatdan keçmiş 690 namizəd dəvət olunacaq.
Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr DİM-in inzabati binasında (ünvan: Bakı ş., Nəsimi r., Akad. Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində təşkil olunacaq.
Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.
Müsahibəyə gələrkən aşağıdakı sənədlər təqdim edilməlidir:
- Şəxsiyyət vəsiqəsi və surəti;
- “Buraxılış rejimini aparan əməkdaşın anketi” (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
- İş yerindən arayış (iş yeri olduğu halda);
- Anketində qeyd etdiyi bank rekvizitləri (Rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);
- Təhsil haqqında sənədin əsli və surəti;
- Məhkumluğun olmamasına dair arayış (“Asan xidmət” mərkəzlərində ödənişsiz əldə edilir);
Qeyd: Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və məlumatlarda hər-hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq.
Müsahibə və təlimlər ödənişsizdir.