Qazaxıstan paytaxtı Nur-Sultanda yerləşən Dövlət Qulluğu üzrə Regional Xab 2020-ci il 15 oktyabr tarixində Nazarbayev Universitetinin Dövlət İdarəçiliyi Məktəbinin 15-16 oktyabr tarixlərində “Mərkəzi Asiyada dayanıqlı inkişaf məqsədləri və COVID-19-un yaratdığı çətinliklər” mövzusunda keçirdiyi onlayn beynəlxalq konfrans çərçivəsində "Yeni reallıqda idarəçilik və inam" adlı panel sessiya təşkil edib.
Sessiyada Azərbaycan, Gürcüstan, Litva və digər ölkələrin nümayəndələri mövzu ilə bağı təqdimatlarla çıxış edib və sualları cavablandırıblar.
Bildirilib ki, yeni reallıq həm pandemiyanın çağırışlarına, həm də ən təsirli bərpa üsullarına cavab axtarışında əsas rol oynayan dövlət idarəçiliyinin keyfiyyətinə artan tələblər qoyur. Eyni zamanda, hökumətlər tərəfindən tədbirlərin görülməsi üçün vacib şərt inamdır.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, icraçı direktoru Vəfadar Misirov, Strateji inkişaf, Dövlət qulluğu məsələləri və Hüquqi təminat və insan resursları şöbələrinin əməkdaşları iştirak ediblər.
DİM nümayəndələri həm beynəlxalq təşkilatlar, həm də Regional Xaba üzv olan ölkələrin aparıcı akademikləri və mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrə qoşulublar.