Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2020-ci il tarixindən etibarən 06.03.2020-ci il tarixli daxili müsahibə elanı üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb.
Qeyd edək ki, müsahibələrin onlayn qaydada təşkili ilə bağlı təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maska ilə və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilib.
Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin müvafiq inzibati binalarında xüsusi proqram təminatı vasitəsilə qoşulurlar. Burada namizədlər müsahibənin keçirilməsi üçün lazım olan zəruri avadanlıqlarla təchiz edilirlər, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir.
Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müsahibənin gedişi müzakirə edilir və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.