Təlimlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak etmişdir.
Təlimlərdə iştirakçılara müsahibə üçün xarakterik olan xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, müsahibəyə giriş, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat verilmişdir. Habelə, təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri barədə məlumat verilmişdir. Bununla yanaşı, təlimlərdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması və müvafiq məlumatların elektron sistemə daxil edilməsi, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi, həmçinin müsahibə nəticəsindən apelyasiya şikayətinin verilməsi proseduru barədə təqdimat olunmuşdur. Təlimlərin sonunda iştirakçıların sualları cavablandırılmışdır.