1 fevral 2024-cü il tarixində keçirilən təlimdə Dövlət İmtahan Mərkəzinin Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov, Dövlət qulluqçularının reyestrinin aparılması və ehtiyat kadrların qeydiyyatı sektorunun əməkdaşları Sakit Əliyev, Arzu Rzayeva, İlkin Bayramlı, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev və həmin sektorun aparıcı məsləhətçisi Röyal Şərifov və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin aparatının və regional təhsil idarələrinin əməkdaşları iştirak ediblər.
Təlimdə “Dövlət qulluqçularının Reyestri”, “Dövlət qulluğu Vəzifələrinin İdarə olunması” və “Dövlət Qulluğu – Ehtiyat Kadrların İdarə Edilməsi” sistemləri üzrə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yeni təyin edilmiş məsul şəxslərinə həmin sistemlərdən istifadə qaydaları, müvafiq məlumatların tam, vaxtında və düzgün daxil edilməsinin zəruriliyi və digər məsələlər haqqında təlimat keçirilib. Həmçinin, təlim iştirakçılarına inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər barədə məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaş müraciətlərinin əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.