Dövlət İmtahan Mərkəzi tərəfindən 22 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən gender bərabərliyi, karyera və gender stereotipləri, işəgötürmə zamanı gender balansı ilə bağlı nəzərə alınmalı əsas məqamlar, əmək fəaliyyəti prosesində gender rollarının, normalarının və münasibətlərinin idarə olunması, iş elanlarında diskriminasiya halları barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, əməkdaşlarla müxtəlif qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunur.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.