2022-ci il 5 noyabr tarixində Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdir müavini Lalə Qədirova tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə Diasporla İş üzrə Dövlət Komitəsinin 31 əməkdaşı iştirak edib.
Təlim zamanı dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib. Təlimin sonunda dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.