1 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda 2 saatlıq onlayn təlim keçirilib.
Təlimin sonunda təlim iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı bəzi vacib məsələlər müzakirə edilib.