Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 20 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun rotasiyası Qaydası”nın icrası ilə əlaqədar 2025-ci il 4 aprel tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən elektron qaydada müvafiq dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün təlim təşkil edilib. Təlimçi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsi müdirinin müavini Elşad Əliyev iştirak edib.
Təlimdə E.Əliyev “Dövlət qulluqçusunun rotasiyası Qaydası” mövzusunda təqdimatla çıxış edib.
Təlim iştirakçılarına həmin Qaydanın icrası, hüquqi və təşkilati məsələlərin tənzimlənməsi və digər məsələlər barədə məlumat verilib.
Təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.