Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında razılaşdırılmış Tədbirlər Planına müvafiq olaraq 2025/2026-cı tədris ilində Türkiyə Respublikası Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olmaq məqsədilə IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər sənədlərini 14 avqust saat 17:00-dək Dövlət Sərhəd Xidmətinə təqdim edə bilərlər.
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76
Əlaqə nömrəsi: 012 493 62 47