Seminarlarda gündəlik məsələlər ingilis dili fənnindən 5 və 6-cı siniflər üçün “İngilis dili” dərsliklərinin müzakirəsi, ədəbiyyat fənnindən isə 13 may 2018-ci il tarixdə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının təhlili olub.
Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
İngilis dili fənni üzrə seminarda Bakı şəhəri 250 nömrəli tam orta məktəbin müəllimi Almaz Tağıyeva 5 və 6-cı siniflər üçün “İngilis dili” dərsliyini müzakirəyə təqdim edib.
Ədəbiyyat fənni üzrə seminarda isə Bakı şəhəri 299 nömrəli məktəb-liseyin müəllimi Nuriyyə Verdiyeva test tapşırıqlarını mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə müzakirəyə təqdim edib.
Hər iki seminarda gündəlik məsələlərlə bağlı fikir və təkliflər bildirilib. Müzakirələr nəticəsində “İngilis dili” dərsliklərindəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.
Ədəbiyyat fənnindən isə müzakirələr nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyənləşdirilib, onların şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.
İngilis dili və Azərbaycan dili fənlərinə dair hazırlıq kurslarında 1-ci dərs fənn kurikulumlarının məzmunu, mahiyyəti və strukturuna aid olub.