Dövlət İmtahan Mərkəzi tərəfindən 7 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Əmək qanunvericiliyinin tətbiqi: şəxsi işin aparılması, əmək məzuniyyəti, zəruri sənədləşmə, elektron bildiriş“ mövzusunda təlim keçirilib.
Təlim zamanı Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin sektor müdiri Aytən Quliyevanın əmək qanunvericiliyinə dair təqdimatı dinlənilib, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn müddəalar, əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək münasibətləri, müvafiq beynəlxalq konvensiyalar barədə geniş məlumat verilib, məcəllənin tətbiq olunduğu sahələr, əmək müqaviləsinin bağlanması, müqavilə tərəflərinin əsas hüquq və vəzifələri, müqaviləyə xitam verilməsinin əsasları və qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi, məzuniyyət hüququnun təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.