• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Əziz abituriyentlər, hörmətli valideynlər! Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      30.12.2025 14:52

      Əziz abituriyentlər, hörmətli valideynlər!

      Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər bir ailəyə sağlamlıq, hər bir övlada inam və işıq dolu gələcək arzulayıram.

      Bu gün qürur hissi ilə deyə bilərik ki, qalib ölkənin gəncləri olaraq övladlarımız misilsiz və tarixi bir dövrün içində böyüyürlər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən qaynayır – məktəblər açılır, təhsil müəssisələri fəaliyyətə başlayır, gənclərimiz böyük ümid və həvəslə imtahanlara, gələcəyə hazırlaşırlar. Bu mənzərə təkcə bərpa olunan torpaqların deyil, həm də dirçələn arzuların, güclənən inamın göstəricisidir. Biz bu gənclərə baxaraq əminliklə deyirik: Azərbaycanın sabahı bilikli, vicdanlı və güclü əllərdədir!

      Yeni il həmişə yeni ümidlər, yeni seçimlər və yeni başlanğıclar deməkdir. Gənclərimiz üçün bu seçimlərin ən vaciblərindən biri də gələcək peşə yoludur. İnanıram ki, hər bir gənc öz potensialına, maraqlarına və bacarıqlarına uyğun ixtisas seçdikdə, təkcə uğurlu karyera deyil, eyni zamanda sevdiyi bir həyat yolu da qurmuş olur. Bu prosesdə Dövlət İmtahan Mərkəzinin peşə seçimi testləri və özünü daha yaxşı tanımağa kömək edən alətləri düzgün qərar vermək üçün etibarlı dəstəkdir.

      Müasir dünya daim dəyişir. Bu dəyişikliklərə uyğunlaşmağın ən doğru yolu isə dayanmadan araşdırmaq, yeni biliklər axtarmaq və analitik düşünmə qabiliyyətini inkişaf etdirməkdir. Öyrənməyə açıq olan insan zamanın tələblərinə cavab verməyi bacarır və hər şəraitdə öz yerini tapa bilir.

      Bütün bunlarla yanaşı, hər zaman vurğulamaq istədiyim ən önəmli dəyər vicdandır. Vicdanlı olmaq - biliyi dürüst şəkildə istifadə etmək, əldə edilən uğurları zəhməti hesabına qazanmaq və cəmiyyət qarşısında məsuliyyət daşımaq deməkdir. Məhz bu dəyər insanı həm yaxşı mütəxəssis, həm də ləyaqətli vətəndaş edir.

      Növbəti il keçiriləcək buraxılış imtahanlarında, qəbul imtahanlarında, eləcə də gələcəkdə gənclərimizin qarşısında dayanacaq bütün imtahan və sınaqlarda hər birinizə uğurlar arzulayıram. Qoy bilikləriniz, zəhmətiniz və inamınız sizi daim irəli aparsın.

      Yeni ilin hər biriniz üçün doğru seçimlər, aydın məqsədlər və inamlı addımlarla yadda qalmasını diləyirəm. Yolunuz açıq, niyyətiniz saf olsun!

      Hörmətlə,

      Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə


      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram