Kurslarda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. Hazırlıq kursu onlayn formada keçirilib.
Moderatorlar – fizika fənni üzrə Əlövsət Rəcəbli, biologiya fənni üzrə Nailə Əliyeva kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıblar. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu mərhələ iştirakçıların həm müəllif, həm də ekspert kimi formalaşmasına xidmət edir. Növbəti həftə müzakirələr davam etdiriləcək.