Fizika, rus dili, biologiya və tarix fənləri üzrə hazırlıq kursularının ilk məşğələləri keçirilib. Məşğələlərin mövzusu ölkənin təhsil sistemində aparılan islahatlar, fənn kurikulumunun mahiyyəti, strukturu, qəbul imtahanında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara aid olub.
Moderatorlar təqdimatlarla çıxış edib.
Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Növbəti həftə məşğələlər davam etdiriləcək.