Gəncə şəhərində 2019-cu il 13-18 noyabr tarixlərində bütün fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarının fəaliyyətə başlaması ilə əlaqədar seminarlar təşkil olunub.
Seminarlarda şəhər məktəblərindən hər fənn üzrə 50-yə yaxın müəllim iştirak edib və marker müəllim qismində iştirak üçün qeydiyyat barəsində məlumatlandırılıb.
Görüşlərdə, həmçinin Dövlət İmtahan Mərkəzinin yeni təhsil proqramları əsasında nəşr etdiyi dərs vəsaitlərinin təqdimatı və onların mövzular üzrə müzakirəsi keçirilib. Bununla yanaşı otk.az saytından istifadə qaydaları, onlayn sınaq imtahanları barədə məlumat verilib və DİM-in elektron xidmətlərindən istifadə qaydaları izah edilib.
Gəncə şəhərində buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları ilə əlaqədar seminarlar təşkil olunub.
Seminarlarda şəhər məktəblərindən hər fənn üzrə 50-yə yaxın müəllim iştirak edib və marker müəllim qismində iştirak üçün qeydiyyat barəsində məlumatlandırılıb.
19.11.2019 04:01