Treninqdə Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsi üzrə Gəncə, Daşkəsən,Goranboy,Göygöl, Mingəçevir, Naftalan, Samux və köçkün rayonlar olan Kəlbəcər və Xocalı rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, ümumtəhsil müəssisələrinin, həmçinin regionda fəaliyyət göstərən peşə liseyləri və internat məktəblərinin direktorları və əlaqələndiriciləri iştirak etmişlər. Tədbirdə “Şagird-Məzun” dövlət elektron məlumat sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr, tətbiq olunan yeniliklər və s. məsələlər barədə geniş məlumat verilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.
Həmçinin, treninq zamanı otk.az saytının geniş təqdimatı keçirilmiş, saytdan istifadə qaydaları izah edilmişdir və hər bir təhsil şöbəsinə və rayon təhsil müəssisələrinə pulsuz kupon hədiyyə edilmişdir.