İmtahana qeydiyyat onlayn şəkildə ETS-in internet səhifəsində yaradılmış şəxsi hesab vasitəsilə həyata keçirilir. GRE imtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı SEC STN15430A kodu vasitəsilə DİM-i seçə bilərlər.
DİM-də keçirilcək GRE imtahanı haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Xatırladaq ki, DİM ilə ETS təşkilatı arasında imtahanların idarə olunması istiqamətində (TOEFL iBT və SAT imtahanları) əməkdaşlıq 5 ilə yaxındır davam edir. 2020-ci ildə DİM ETS-in GRE imtahanını keçirmək üçün lisenziya əldə edib.