Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1–3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin icrası üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum kimi müəyyən edilib. Strategiyanın icrası çərçivəsində Mərkəz tərəfindən 2026-cı ilin sonunadək Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi davam etdiriləcək.
5 – 9 oktyabr 2026-cı il tarixlərində Hacıqabul, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhərində qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı iştirakçılara qeyd olunan mövzular üzrə məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.