Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 18 avqust saat 11:00-da Mərkəzin “Youtube” kanalı (https://www.youtube.com/@stateexamcenter) vasitəsilə I, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək. Keçidə daxil olub DİM-in "Youtube" kanalına abunə ola bilərsiniz.
Qeyd edək ki, artıq bütün qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub. Kitabçaları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
I, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə!
Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 28 avqust saat 23:59-dək internet vasitəsilə aparılacaq
17.08.2023 03:12