Bakalavriat səviyyəsinin Məşqçilik (61) ixtisasının idman növləri üzrə ixtisas imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, başlanma vaxtı qeyd olunub.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən idman növü üzrə müvafiq geyim və ya zəruri avadanlıqları (tələb varsa) gətirməlidirlər.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.