İdman istiqamətinə aid məşqçilik (Atletika, Sərbəst güləş, Voleybol) ixtisası üzrə Şərur Olimpiya İdman Kompleksində imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.
Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Atletika ixtisası üzrə imtahan verəcək abituriyentlər imtahana gələrkən əlavə olaraq 086U formalı tibbi arayış gətirməlidir.
İmtahanlar Şərur Olimpiya İdman Kompleksində 30 iyul saat 08:00-da başlayacaq və 11:00-dək davam edəcək.