Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "İmtahana psixoloji hazırlıq” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq.
Vebinarda imtahana hazırlaşan abituriyentlər iştirak edə bilərlər.
Vebinar 24 may saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.
Vebinara qeydiyyat linki: https://forms.gle/T7bz81ezQvKP6PGP6