2023-cü ilin 25 avqust tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda təlim təşkil edilib. Təlimdə Energetika Nazirliyinin 29 əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılara münasibətlər sistemi nəzəriyyələri, sosial partnyorluq anlayışı, eləcə də iş yerində ünsiyyət ilə əlaqədar nəzəri və praktiki biliklər öyrədilib, onlara bu sahədə beynəlxalq təcrübələr nümayiş etdirilib. Eyni zamanda, təlim ərzində iştirakçılarla müxtəlif situasiya mühakimə sualları üzərindən müzakirələr aparılıb, həmin situasiyaların düzgün həll yolları haqqında məlumat verilib.
Qeyd edək ki, DİM dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda mütəmadi təlimlər təşkil edir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.