Dövlət İmtahan Mərkəzi tərəfindən 26 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda distant formada təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara iş mühitində effektiv ünsiyyət, peşəkar etika və davranış qaydaları, müxtəlif tip iş münasibətlərini idarə etmə metodları, iş mühitində necə sağlam sosial mühit yaratmağın yolları, işçilər arasında sosial münasibətlərin növləri, effektiv ünsiyyət və kommunikasiya, iş münasibətlərinin təsnifatı və strukturu: “McGregor'un X və Y Nəzəriyyəsi”, transaksiya analizi, ünsiyyət üslublarının təhlili: “Assertivlik (İrəliyönümlülük) konsepti” və s. məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.