27 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “İşçilərin fəaliyyətinin qiymətləndirilməsi: müasir qiymətləndirmə metodları ilə” mövzusunda təlim keçirilib.
Təlimdə zamanı əsas diqqət müasir qiymətləndirmə metodlarının praktikada tətbiqinə yönəldilib. İştirakçılar SMART tapşırıqların yazılması, əsas fəaliyyət göstəricilərinin (KPI) və onların hesablama düsturlarının qurulması, OKR (məqsəd və əsas nəticələr) yanaşması, davranış ankorlu qiymət şkalası (BARS), 360 dərəcə rəy, rüblük fərdi görüşlər (check-in) və SBI modeli ilə geribildirim verilməsi ilə tanış olublar. Qiymətləndirmə zamanı ən çox rast gəlinən xətalar — "halo" effekti, sonuncu hadisə və mərkəzi meyl xətaları — və onların qarşısının alınması yolları da müzakirə edilib.
Təlim interaktiv formatda keçib. Hər metod qısa simulyasiya videosu ilə izah olunub, ardınca iştirakçılar fərdi, cüt və qrup şəklində praktiki tapşırıqlar yerinə yetiriblər.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.