3, 4, 7 və 8 iyul 2025-ci il tarixlərində olan qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya komissiyası təşkil ediləcək. Komissiya 210, 212, 1602-ci komissiyalar üzrə rəsm, 1601-ci komissiya üzrə rəngkarlıq, 1701-ci komissiya üzrə isə yapma fənni ilə bağlı müraciətlərə baxacaq.
Apellyasiya komissiyası 9 iyul 2025-ci il tarixində saat 09:00-dan 14:00-dək fəaliyyət göstərəcək.
Tarix |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
09.07.2025 |
210, 212, 1602 |
rəsm |
Bakı şəhəri 167 nömrəli tam orta məktəb ,Yasamal rayonu Şərifzadə küçəsi, 152 |
09.07.2025 |
1601 |
rəngkarlıq |
Bakı şəhəri 167 nömrəli tam orta məktəb ,Yasamal rayonu Şərifzadə küçəsi, 152 |
09.07.2025 |
1701 |
yapma |
Bakı şəhəri 167 nömrəli tam orta məktəb ,Yasamal rayonu Şərifzadə küçəsi, 152 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.