• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Jurnalistika üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanı keçirilmişdir

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      2020-ci il iyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanı keçirilmişdir.

      14.06.2020 04:32

      Qabiliyyət imtahanında bakalavrlar koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, imtahan və müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə onlayn müsahibələrin təşkil edilməsi üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı vasitəsilə iştirak etmişlər.

      Qabiliyyət İmtahanı Komissiyasının (QİK) üzvləri – Azərbaycanın Əməkdar jurnalisti Tahir Rüstəmov (“Xalq qəzeti”) və filologiya üzrə elmlər doktoru Vüqar Əliyev (Bakı Dövlət Universiteti) imtahan iştirakçılarının yaradıcılıq qabiliyyətlərini və jurnalistika üzrə nəzəri və praktiki biliklərini qiymətləndirmişlər. QİK-in sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov imtahanda onlayn qaydada iştirak etmişdir.

      QİK üzvləri ilk növbədə bakalavrların dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını nəzərdən keçirmiş, onları təhlil etmiş və qiymətləndirmişlər.

      Daha sonra, imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində onlara müvafiq suallar verilmiş, müsahibənin gedişində komissiya üzvləri hər bir bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran suallar vermişlər. Sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavrlar intellektual səviyyələrini, dünyagörüşlərini, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilmələrini nümayiş etdirmişlər. Bakalavrların qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçərkən doldurduqları anket sorğusuna cavabları, o cümlədən “Koronavirus (COVID-19) pandemiyası dövründə əhalinin bu sahədə maarifləndirilməsində Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına 200-250 sözdən ibarət yazılı cavabları da komissiya üzvləri tərəfindən qiymətləndirilmişdir. Qabiliyyət imtahanında hər bir bakalavra bir saat vaxt ayrılmışdır.

      Qabiliyyət imtahanında iştirak edən 6 nəfər bakalavrın hamısı “məqbul” qiymət almış və jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanmışdır. Həmin bakalavrların nəzərinə bir daha çatdırırıq ki, onlar iyunun 18-dək keçirilən proqram və ixtisaslşma seçimi müddətində müvafiq proqramı və ixtisaslaşmaları seçib elektron ixtisaslaşma seçimi ərizəsinə daxil etməli və seçimlərini təsdiqləməlidirlər.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram