2023-cü ilin 28 iyul tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən Energetika Nazirliyinin əməkdaşları üçün “Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub. Təlimdə Nazirliyin 25 əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılar insan resursları anlayışı, kadrların seçilməsində yeni trendlər, işçilərin fəaliyyətinin qiymətləndirilməsi kimi mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər. Bununla yanaşı, "HR" sahəsində beynəlxalq yanaşmalarla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəz tərəfindən dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunur. Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.