Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikası Audiovizual Şurasının əməkdaşı üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda təlim keçirilib.
Təlim zamanı DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari tərəfindən iştirakçı sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.