Dövlət İmtahan Mərkəzi tərəfindən 15 oktyabr 2025-ci il tarixində Ali Attestasiya Komissiyasının əməkdaşları üçün "Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri" mövzusunda onlayn formada təlim keçirilib.
Təlim zamanı DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari və həmin departamentin böyük məsləhətçisi Nailə Abdullayeva tərəfindən iştirakçılar sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.