9 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Karyeranın planlaşdırılması” mövzusunda 2 saatlıq təlim təşkil edilib. Təlimdə Energetik Nazirliyinin 30 əməkdaşı iştirak edib.
Təlim zamanı iştirakçılara karyera ilə əlaqədar nəzəri və praktiki biliklər öyrədilmiş, onlara dövlət qulluqçularının karyera inkişaf planı izah edilmişdir. Eyni zamanda, əməkdaşlarla tətbiqi situasiya mühakimə testlərinin müzakirəsi aparılmış, müxtəlif iş situasiyaları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.