20 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları üçün “Karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil edilib.Təlim zamanı iştirakçılara karyera ilə əlaqədar nəzəri və praktiki biliklər haqqında məlumatlar verilib, təşkilati mədəniyyət mövzuları, eləcə də karyera inkişaf planının hazırlanmasında beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.