Dövlət İmtahan Mərkəzi tərəfindən 16 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Keyfiyyətin idarə edilməsi” mövzusunda distant formada təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən iştirakçılara keyfiyyət anlayışı, keyfiyyətin təmin olunması (QA) və keyfiyyətə nəzarət (QC) arasındakı fərqlər barədə ətraflı məlumat verilib.
Həmçinin dəyər zənciri, Lean Six Sigma metodologiyası vasitəsilə keyfiyyətin təkmilləşdirilməsi, biliyin idarə olunması və Kaizen yanaşması, eləcə də iş proseslərinin davamlı təkmilləşdirilməsi və səmərəliliyin artırılması ilə bağlı məsələlər izah olunub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.