Gündəlik məsələ 7-ci sinif “Kimya” dərsliyinin monitorinqinə aid olub.
Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri kimya üzrə fəlsəfə doktoru V. Əliyev gündəlik məsələ ilə bağlı məlumat verərək, iştirakçıları dərsliyin müzakirəsində fəal olmağa, qeyd və təkliflərini bildirməyə çağırıb.
Bakı Dövlət Universitetinin müəllimi, kimya üzrə fəlsəfə doktoru Sahil Həmidov dərsliyin məzmunu haqqında təqdimatla çıxış edib.
Seminarda AMEA-nın böyük elmi işçiləri, kimya üzrə fəlsəfə doktorları Səidə Hüseynova və Elşad Abdullayev, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin müəllimi, “Əməkdar müəllim” Naibə Ələkbərova və başqaları dərsliyin məzmunu, dil və yazı üslubu, faktların elmiliyi haqqında qeyd və təkliflərini bildiriblər.
Müzakirə nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul olunub.
Növbəti seminarda (15 yanvar 2019-cu il tarixində, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 8-ci sinif “Kimya” dərsliyinin müzakirəsi aparılacaq.