Treninqdə Dövlət İmtahan Mərkəzinin Lənkəran RB-si üzrə Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı və Biləsuvar rayonlarının təhsil şöbələrinin məsul şəxsləri, bir sıra ümumtəhsil müəssisələrinin, həmçinin regionda fəaliyyət göstərən peşə liseyləri və internat məktəblərinin əlaqələndiriciləri iştirak etmişlər. Tədbirdə “Şagird-Məzun” dövlət elektron məlumat sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr, tətbiq olunan yeniliklər və s. məsələlər barədə geniş məlumat verilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.
Lənkəran şəhərində “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı seminar-treninq keçirilmişdir
23 oktyabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsində DİM əməkdaşları tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı seminar-treninq keçirilmişdir
26.10.2019 02:57