Konfransda təhsilin qiymətləndirilməsinə dair maraqlı müzakirələr aparılır.
Bu fikri IAEA-nın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransının liberiyalı iştirakçısı Vyanna Aqata Corc-Sopa deyib. O bildirib ki, konfransın mövzusu ölkəsinin maraqları dairəsindədir.
“Ölkəmizin təhsil sistemində qiymətləndirmədə təkmilləşdirmələr aparmağı düşünürük. Konfransda təmsil olunan dövlətlərin bu sahədə təcrübələrini bölüşmək, dünyada tanınmış mütəxəssisləri dinləmək bizim üçün çox faydalıdır", - deyə Vyanna Aqata Corc-Sopa qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Qeyd: Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.