Dövlət İmtahan Mərkəzi tərəfindən 15, 16 və 17 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları haqqında məlumatlar verilib. Bundan əlavə, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə müzakirələr edilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.