Jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc ediləcək. Bu nömrədə həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunacaq. AMEA-nın magistraturasına 2019/2020-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalın bu nömrəsində veriləcək.
Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc ediləcək.
Jurnalı növbəti həftə aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək mümkün olacaq:
-
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
-
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.