2019-cu il 14-19 noyabr tarixlərində Dövlət İmtahan Mərkəzində 2020 - 2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar fənlər üzrə elmi-metodik seminarlar keçirilmişdir. Seminar iclaslarında bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanına daxil olan fənlər üzrə qəbul proqramlarının layihələri, həmçinin ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə test tapşırığı nümunələri müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislərin iştirakı ilə müzakirə edilmişdir. Seminar iştirakçıları proqram layihələri ilə bağlı fikir və təkliflərini bildirmiş və onları məqbul hesab etmişlər. Müzakirələr nəticəsində proqramların redaktə xarakterli düzəlişlərlə qəbul olunması qərara alınmışdır.
Proqramlar “Magistr” jurnalının növbəti sayında dərc olunacaq.