Seminar iclasında müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak etmişlər.
Seminarda informatika üzrə magistraturaya qəbul imtahanının proqramı müzakirə olunmuşdur. DİM-in Magistratura üzrə sektorunun məsləhətçisi Səbinə Zülfüqarlı proqramın layihəsini seminar iştirakçılarına təqdim etmişdir. Seminar iştirakçılarından Z. Cəfərov, R. Əzizova, T. Əliyeva, A. Rəhimov, A. Paşayev və başqaları proqram layihəsi ilə bağlı fikir və təkliflərini bildirmiş, onu məqbul hesab etmişlər. Müzakirələr nəticəsində proqramın redaktə xarakterli düzəlişlərlə qəbul olunması qərara alınmışdır. Proqram “Magistr” jurnalının növbəti sayında dərc olunacaq.