Seminarda ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri müzakirə olunmuşdur. DİM-in Magistratura üzrə sektorunun böyük məsləhətçisi Rövşən Əsədov proqramın layihəsini və test tapşırığı nümunələrini seminar iştirakçılarına təqdim etmişdir. Seminar iştirakçılarından İ. Cəfərova, A. Abbasquliyev, R. Xəlilov və başqaları təqdim olunan proqram layihəsi və test tapşırığı nümunələri ilə bağlı fikir və təkliflərini bildirmiş, onları məqbul hesab etmişlər. Müzakirələr nəticəsində proqramın və test tapşırığı nümunələrinin redaktə xarakterli düzəlişlərlə qəbul olunması qərara alınmışdır. Proqram və test tapşırığı nümunələri “Magistr” jurnalının növbəti sayında dərc olunacaq.